Gürcüstanda son 24 saatda 42 nəfər koronavirusdan vəfat edib. Bu barədə məlumat hökumətin xüsusi stopcov.ge saytında dərc olunub.
Ölkədə virusdan vəfat edənlərin ümumi sayı 9873 nəfərdir.
Son 24 saat ərzində “COVID-19”a yoluxanların sayı 4337 nəfərə çatıb, 3137 nəfər sağalıb.
Dünən, oktyabrın 26-da Gürcüstanda 4762 nəfərdə koronavirus aşkarlanıb, 3953 nəfər sağalıb, 43 nəfər vəfat edib.