Gürcüstanda son 24 saatda 42 xəstə koronavirusdan vəfat etdi

10:35, 18.10.2021

Gürcüstanda son 24 saatda 42 xəstə koronavirusdan vəfat etdi. Milli Xəstəliklərə Nəzarət Mərkəzi bu barədə məlumat yayır.

Ölkədə virusdan vəfat edənlərin  ümumi sayı 9510 nəfərdir.

Son 24 saatda “Kovid-19”  2479 nəfərdə təsdiqləndi, 2374 xəstə sağaldı.

Dünən, 17 oktyabrda Gürcüstanda 4581 koronavirus halı aşkarlandı, 2494 xəstə sağaldı və 28 nəfər vəfat etdi.

Oxşar