Gürcüstanda son 24 saat ərzində 42 xəstə koronavirusdan vəfat etdi

10:53, 20.10.2021

Gürcüstanda son 24 saat ərzində 42 xəstə koronavirusdan vəfat etdi. Bu barədə məlumat hökumətin xüsusi stopcov.ge saytında dərc edilib.

Ölkədə virusdan vəfat edənlərin ümumi sayı 9588 -dir.

Son 24 saat ərzində “Kovid-19” 5 219 nəfərdə təsdiqləndi, 2348 xəstə sağaldı.

Dünən, oktyabrın 19 -da Gürcüstanda 5 739 yeni koronavirus halı aşkarlandı, 2082 xəstə sağaldı və 36 nəfər vəfat etdi.

Oxşar