Gürcüstanda son 24 saat ərzində 40 xəstə koronavirusdan vəfat etdi

10:54, 22.10.2021

Gürcüstanda son 24 saat ərzində 40 xəstə koronavirusdan vəfat etdi. Bu barədə məlumat hökumətin xüsusi stopcov.ge saytında dərc olunub.

Ölkədə virusdan vəfat edənlərin ümumi sayı 9 657 -dir.

Son 24 saat ərzində “Kovid-19” 4 155 nəfərdə təsdiqləndi, 2 507 xəstə sağaldı.

Dünən, oktyabrın 21-də Gürcüstanda 4 411 nəfərdə koronavirus aşkarlandı, 2896 nəfər sağaldı, 29 nəfər vəfat etdi.

Oxşar