Gürcüstanda son 24 saat ərzində 29 xəstə koronavirusdan vəfat etdi. Bu barədə məlumat hökumətin xüsusi stopcov.ge saytında dərc edilib.
Ölkədə virusdan ölənlərin ümumi sayı 9617 nəfərdir. Son 24 saat ərzində “Covid-19” 4 411 nəfərdə təsdiqləndi, 2896 xəstə sağaldı.
Dünən, 20 Oktyabr, Gürcüstanda 5219 koronavirus halı aşkar edildi, 2348 xəstə sağaldı və 42 nəfər vəfat etdi.