Gürcüstanda son 24 saat ərzində 26 xəstə koronavirusdan vəfat etdi. Bu barədə məlumatlar hökumətin stopcov.ge xüsusi saytında dərc edilib.
Ölkədə virusdan vəfat edənlərin ümumi sayı 9332 nəfərdir.
Son 24 saat ərzində “Kovid-19” 4837 nəfərdə təsdiqləndi, 1586 xəstə sağaldı.
Dünən, oktyabrın 12 -də Gürcüstanda 4775 koronavirus halı aşkarlandı, 1623 xəstə sağaldı və 37 nəfər vəfat etdi.