Gürcüstanda sabahdan havalar yaxşılaşacaq
Gürcüstanda sabahdan havalar yaxşılaşacaq

Bu gün Gürcüstanın əksər rayonlarında yağış, yüksək dağlıq yerlərdə isə qar gözlənilir. Yanvarın 3-dən sinoptiklər şəqri, eləcə də qərbi Gürcüstanda havaların yaxşılaşmasını gözləyirlər, – bu barədə Birinci Kanala Milli Ətraf Mühit Agentliyinin Hidrometeoroloji Xidmətinin rəhbəri Svetlana Nioradze bildirdi.

Qərbi Gürcüstanda havanın temperaturu 7-12 dərəcə olacaq.

Yanvarın 4-ü Şərqi Gürcüstanda havanın temperaturu 13-18 dərəcə,Qərbi Gürcüstanda 7-12 dərəcə olacaq.