Gürcüstanda rəsmi səfərdə olan Estoniyanın müdafiə naziri işğal xəttində olub

Gürcüstanda rəsmi səfərdə olan Estoniyanın müdafiə naziri Odzisi kəndindəki işğal xəttində olub. Bu barədə məlumatı Dövlət Təhlükəsizliyi Xidməti yayıb.

Onların sözlərinə görə, DTX-nin İnformasiya-analitik şöbəsinin nümayəndəsi işğal nəticəsində ərazilərdə yaranmış ağır vəziyyət barədə müdafiə naziri Kale Laanetə ətraflı məlumat verib.

“Estoniya həmişə bildirib ki, biz Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyirik və təbii ki, hadisələrin nəzarət edilən ərazidən kənarda baş verməsini görmək çox təəssüf doğurur. Çox təəssüf ki, Gürcüstan ərazisinin 20 faizi Rusiya Müdafiə Qüvvələrinin nəzarəti altındadır. Əlbəttə, biz Gürcüstanın birləşməsi üçün hər şeyi etməyə çalışırıq”, – Kale Laanet bildirib.

Estoniyanın müdafiə naziri Gürcüstana səfəri zamanı Rusiyanın atdığı destruktiv addımlar, o cümlədən işğal, ilhaq siyasəti və dezinformasiya haqqında ətraflı məlumat alıb.