Gürcüstanda “Pfizer” peyvəndi ilə yaşı 16-dan yuxarı olan vətəndaşlar da peyvənd oluna biləcəklər
Gürcüstanda “Pfizer” peyvəndi ilə yaşı 16-dan yuxarı olan vətəndaşlar da peyvənd oluna biləcəklər

 

XNMM-in rəhbəri, Amiran Qamğrelidzenin sözlərinə əsasən, Gürcüstanda “Pfizer” peyvəndi ilə yaşı 16-dan yuxarı olan vətəndaşlar da peyvənd oluna biləcəklər.

Qamğrelidzenin də qeyd etdiyi kimi, “Pfizer”-in təlimatında yaşı 16-dan yuxarı olan insanların peyvəndlənməsi ifadə olunub.  Hazırda bütün növ peyvəndlərlə yaşı 18-dən yuxarı olan vətəndaşlar peyvəndlənirlər.

“Pfizer” halında 16 yaşdan yuxarı insanların peyvəndlənməsinə icazə verilir. Bu səbəbdən bizdə də “Pfizer”-in gətirilməsindən sonra dəyişiklik ediləcək və yaşı 16-dan yuxarı olan insanlar peyvəndlənəcəklər.  O ki qaldı sonrakı qərarlara, bəzi ölkələr tərəfindən “Pfizer”-lə yeniyetmələrin peyvəndlənməsinə, bununla əlaqədar ÜST-nın qərarını gözləyirik.

Sabahdan əvvəlcədən qeydiyyata keçmənin açılacağına dair əhaliyə maksimal şəkildə məlumat verməyə çağırıram.   Aktivliyin  necə olacağını müşahidə edəcəyik, sonra ay ərzində və yay boyunca artacaq. “Sinopharm” ilə başlayırıq və sonra “Sinovac” və “Pfizer” əlavə edəcəyik”-deyə Qamğrelidze bildirir.