Gürcüstanda Omikron ştammının daha 19 halı təsdiqlənib

Gürcüstanda Omikon ştammının daha 19 halı təsdiqlənib. Bu barədə Gürcüstanın Birinci Kanalına Xəstəliklərə Nəzarət Milli Mərkəzindən məlumat verilib.

Onların məlumatına görə, bu günə olan məlumata görə, ölkədə ümumilikdə 48 “Omikron”a yoluxma faktı qeydə alınıb.

Xatırladaq ki, “Omikron” ştammına yoluxma halları ilk dəfə dekabrın 20-də Gürcüstanda aşkarlanıb. Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin rəhbəri Amiran Qamğrelidze dünən Gürcüstanın Birinci Kanalında deyib ki, “əslində ölkədə Omikron ştammı dövr etməyə başlayıb”.