Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, Gürcüstanda isti və yağmursuz hava oktyabrın 25-dək davam edəcək. Havanın temperaturu +19, +24 dərəcəni təşkil edəcək.
Qurumdan verilən məlumata görə, oktyabrın 25-də ölkənin qərb bölgəsində əsasən yağış yağacaq və havanın temperaturu +12, +17 dərəcəyədək enəcək, arabir güclü külək əsəcək.
Sinoptiklərin məlumatına görə, oktyabrın 26-27-də Qərbi Gürcüstanda yağışlı, lakin sərin hava şəraiti gözlənilir. Şərqi Gürcüstanın bəzi yerlərində az miqdarda yağıntı müşahidə oluna bilər. Havanın temperaturu 2-3 dərəcə aşağı enəcək.
Paytaxta gəlincə, oktyabrın 25-dək Tbilisidə isti (20, +22 dərəcə) və yağmursuz hava şəraiti gözlənilir, oktyabrın 25-27-də isə az miqdarda yağış yağacağı, havanın temperaturunun +14, +16 dərəcəyə enəcəyi gözlənilir. Oktyabrın 25 -də arabir güclü külək əsəcək.