Gürcüstanda Norveçin səfiri - 9 Apreldə həlak olanların xatirəsini və onlar tərəfindən verilmiş qurbanı yad edirik
9 Apreldə həlak olanların xatirəsini və onlar tərəfindən verilmiş qurbanı yad edirik, – Bu barədə Norveçin Gürcüstandakı səfiri, Elene Sand Andresen “tvitter” sosial şəbəkəsində yazdı.
“1989-cu il aprelin 9-da Gürcüstanın müstəqilliyi uğrunda dinc aksiyada sovet qoşunları 21 nəfəri öldürüb, yüzlərlə insanı yaraladı. 9 Apreldə həlak olanların xatirəsini və onlar tərəfindən verilmiş qurbanı yad edirik”, – Norveçin Gürcüstandakı səfiri qeyd etdi.
9 Aprel faciəsindən 33 il keçdi. 1989-cu il aprelin 9-da səhər açılarkən, Sovet silahlı qüvvələri Tbilisinin mərkəzində, Parlament binası yaxınlığında dinc etiraz aksiyasını dagıtdı, nəticədə insan tələfatı oldu. Dağıtma nəticəsində 21 insan həlak oldu, yüzlərcə insan isə, müəyyən edilməmiş tərkibli qaz ilə zəhərləndi. Az sonra, 1991-ci il aprelin 9-da Ali Şura Gürcüstan Dövlət Müstəqilliyinin bərpasını elan etdi.