Gürcüstanda məşhur Britaniya markası "Mark & Spencer"-in geyimləri tikiləcək
Kutaisinin “İmeri” tikiş şirkəti dünyada məşhur olan brendin, Marks & Spencer-in geyimlərini tikəcək.
Bu barədə bəyanatı “Gürcüstanda istehsal et” agentliyi yayır.
Agentliyin məlumatına görə, “İmeri” bu yaxınlarda, «Marks & Spencer»-in auditindən keçdi və onun rəsmi təçhizatçısı oldu.
“İmeri” tikiş şirkəti “Gürcüstanda istehsal et” adlı industrial istiqamətinin benefisiarıdır.