Gürcüstanda matəm günüdür.
Gürcüstanın Baş nazirinin qərarı ilə 2023-cü ilin avqustun 3-də Oni Munisipalitetində, Şovi kurortunda baş vermiş təbii fəlakət nəticəsində həlak olanların xatirəsinə avqustun 7-si matəm günü elan edilib.
Gürcüstanın bütün ərazisində avqustun 7-si saat 00:00-dan avqustun 8-i səhər saat 00:00-dək dövlət bayraqları endiriləcək.
Avqustun 3-də Şovidə sürüşmə baş verib. Hazırda mövcud olan rəsmi məlumata görə, təbii fəlakət nəticəsində 18 nəfər həlak olub.