Gürcüstanda Lactalis uşaq qidası bazarlardan və marketlərdən çıxardılır
Gürcüstanda Lactalis uşaq qidası bazarlardan və marketlərdən çıxardılır

Gürcüstanın Qida Qorunmasının Milli Agentliyində bəyan edirlər ki, bütün bazarlardan və market şəbəkələrindən Lactalis şirkətinin məhsullarının çıxardılması başladı.

Agentliyinin yaydığı məlumata görə, Dünya Səhiyyə Təşkilatından gələn xəbərə əsasən, qeyd olunan şirkətin məhsullarında Salmonella bakteriyası aşkarlanıb.

Fransa şirkəti Lactalis uşaq qidasının son partiyasını bütün ölkələrdən geri aparacaq.

Fransada, uşaqlarda salmonella bakteriyasının yayılmasının 26 halı aşkarlandıqdan sonra, şirkət öz məhsulunu müxtəlif ölkələrdən geri çəkməyə qərar verdi.

Lactalis məhsulu Çinə, Yunanistana, Taivana, Pakistana, İraqa, Marokkoya, Libana, Səudi Ərəbistana, Rumıniyaya, Serbiyaya, Haitiyə, Kolumbiyaya, Peruya və Gürcüstana da daxil olurdu.

Fransa iqtidarı ixracatı qadağan edilən məhsulların siyahısını yaydı. Onların arasında CeliaMilumel  Picot məhsulları da var.

“Frans Pres” agentliyinin məlumatına görə, Lactalis şirkəti, məhsul ilə yaranan problemə görə, ictimaiyyətdən və xəstələnən uşaqların ailələrindən üzr istəyir. Söhbət 7700 ton məhsuldan gedir.