Gürcüstanda koronavirusdan ilk ölüm halı qeydə alındı.
Bu haqda məlumat jurnalistlərə TDU-nun İlk Universitet Klinikasından verildi.
Klinikada bəyan edirlər ki, virusdan 79 yaşlı qadın həyatını itirdi. O klinikaya martın 31-də gətirildi və xronik xəstəliyi var idi. Klinikada bəyan edirlər ki, qadın Marneuli-Bolnisi klasterindən idi.
“Qadın klinikaya kritik vəziyyətdə gətirildi. Təəssüf ki, virus onun xronik xəstəliklərinin ağırlaşmasına və ölümünə səbəb oldu” – dedi klinikanın rəhbəri Levan Ratiani.