Gürcüstanda iyulun 15-dək isti və yağmursuz hava şəraitinin davam edəcəyi, iyulun 15-17-də isə fasilələrlə yağış yağacağı gözlənilir
Milli Ətraf Mühit Agentliyinin məlumatına əsasən, iyulun 15-dək Gürcüstanda isti və yağmursuz hava şəraiti gözlənilir.
Agentliyin məlumatına əsasən, iyulun 15-17-də arabir yağış yağacaq. Havanın temperaturu +32, +34 dərəcəyə qədər yüksələcək.
Milli Ətraf Mühit Agentliyinin izah etdiyinə əsasən, iyulun 16-17-də Qərbi Gürcüstanda temperatur 3-4 dərəcə aşağı düşəcək.
“İyulun 13-14-də Tbilisidə hava şəraitinin yağmursuz keçəcəyi, qalan günlərdə gündüz qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz +32, +34 dərəcə təşkil edəcək”, – Milli Ətraf Mühit Agentliyindən bildirilib.