"Gürcüstanda İstehsal Et" in dəstəyi ilə "Rolf Georgia" müəssisəsi açılıb
“Gürcüstanda İstehsal Et” agentliyinin sənaye komponenti çərçivəsində daha bir metal inşaat konstruksiyaları və hissələri istehsal edən müəssisə – “Rolf Georgia” açılıb.
İqtisadiyyat Nazirliyindən verilən məlumatda, açılış tədbirində iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini İrakli Nadareişvili və “Gürcüstanda İstehsal Et” agentliyinin direktoru Mixeil Xidurelinin iştirak etdiyi deyilir. Tbilisidə yerləşən müəssisə metal asma tavanlar istehsal edir.
“Gürcüstanda İstehsal Et” proqramı çərçivəsində şirkət 170 000 lari kredit götürüb, layihənin ümumi investisiya həcmi 450 000 lari təşkil edir. Bu mərhələdə 16 nəfər işlə təmin olunsa da, şirkət rəhbərliyi gələcəkdə iş yerlərinin sayını artırmağı planlaşdırdıqlarıı bildirib.
“Gürcüstanda İstehsal Et” agentliyi kiçik və orta biznesi dəstəkləməyə davam edir. Bu mərhələdə agentliyin proqramları çərçivəsində ümumilikdə 1500-dən çox layihə dəstəklənib və müxtəlif proqramlar vasitəsilə iki milyard lari dəyərində kredit portfeli təmin edilib. “Rolf Georgia” “Gürcüstanda İstehsal Et”in dəstəyi ilə yaradılmış belə müəssisələrdən biridir. Şirkət illərdir Gürcüstan bazarına bu məhsulları idxal edir, lakin indi artıq ixrac bazarlarına çıxmaq potensialına malik olması vacibdir” -deyə İqtisadiyyat və Davamlı İnkişaf nazirinin müavini İrakli Nadareişvili qeyd edib.