“Gürcüstanda istehsal et” agentliyi gürcü filmlərinin kommersiyalaşdırılmasını təşviq etmək məqsədilə yeni proqram tətbiq edib
“Gürcüstanda istehsal et” agentliyi gürcü filmlərinin kommersiyalaşdırılmasını təşviq etmək məqsədilə yeni proqram tətbiq edib

 

“Gürcüstanda istehsal et”in təşəbbüsü ilə gürcü filmlərinin kommersiyalaşdırılması və beynəlxalq festivallarda nümayişinin təşviqi məqsədilə yeni proqrama start verilib. Proqram çərçivəsində beynəlxalq səviyyəli kinofestivallarda gürcü tammetrajlı filmlərinin nümayişi təşkil olunacaq. Bununla yanaşı, nümayişlərə beynəlxalq satış agentləri və distribyutorlar dəvət olunacaq ki, bu da konkret filmin uğurla satış şansını artırır.

Agentliyin direktoru Mixeil Xidureli bu gün keçirilən iclasda kino sənayesi nümayəndələrini yeni proqramla tanış edib. O, proqramın məqsədinin gürcü kino istehsalını beynəlxalq bazarda populyarlaşdırmaq və satışın artımını təşviq etmək olduğunu deyib.

Kino sənayesində olan şirkətin yeni “Gürcüstanda çək” proqramında iştirak etməsi üçün agentliyin “Gürcüstanda çək” proqramının benefisiarı və ya Milli Kino Mərkəzinin sponsorluğu ilə çəkilmiş tammetrajlı bədii film olmalıdır. Həmçinin film festivalına uyğunluq, film prodüserinin beynəlxalq layihələrdə iş təcrübəsinin olması və s. kimi bir neçə meyara cavab verməlidir. Komissiya meyarların uyğunluğunu qiymətləndirəcək.

Mixeil Xidureli agentliyin filmin özünün nümayişi xərclərini tam şəkildə qarşılayacağını bildirib.

Proqramda iştirak etmək istəyənlər 2023-cü ilin aprelin 11-dən aprelin 18-i də daxil olmaqla müraciəti doldurmalıdırlar. Beynəlxalq film festivallarına yollanacaq qalib filmlər aprelin sonunda elan olunacaq.

“Gürcüstanda istehsal et” agentliyinin “Gürcüstanda çək” proqramının hazırkı mərhələsində həyata keçirilən 30 layihə var, qoyulan ümumi investisiya 200 milyon lari təşkil edir, ödənilən məbləğ isə 18 milyon laridən çoxdur.