Gürcüstanda Hökumət Administrasiyasının təşkilatçılığı ilə  6-7 may tarixlərində Avropa günləri qeyd olunacaq
Gürcüstanda Hökumət Administrasiyasının təşkilatçılığı ilə 6-7 may tarixlərində Avropa günləri qeyd olunacaq

Gürcüstanda Hökumət Administrasiyasının təşkilatçılığı ilə Avropa günləri qeyd olunur.

Gürcüstan Hökumət Administrasiyasdan məlumat verirlər ki, mayın 6-da və 7-də Orbeliani meydanında ispan və isveç axşamları təşkil olunacaq.

Tədbir çərçivəsində xüsusi tərtibatlı məkana gələn qonaqları müxtəlif maarifləndirici və əyləncəli tədbirlər və instalyasiyalar gözləyəcək.

Tədbirlər saat 17:00-da Orbeliani meydanında başlayacaq.

Tədbirlərin proqramı ilə keçiddən tanış olmaq olar:

6 May – İspaniya günü

17:00-20:00 – İspan kafesi – ənənəvi paella üzrə master-klass və dequstasiyası, Sangria üzrə master-klass və dequstasiya; koqnitiv qurğular; gül sərgisi və foto guşəsi; gitara ifa və rəqs performansı/master-klass; Ənənəvi geyimlərin sərgisi.

20:00 – 21:00 – Antonio Qades şirkətinin çıxışı: tamaşalardan flamenko xoreoqrafik səhnələri – 2 hissədə; Fasilə zamanı xüsusi qonaq Gürcüstan Milli Baleti “Suxişvili”.

7 May – İsveç günü

17:00-20:00 – isveçli aşpaz və Gürcüstanın “MasterChef” mükafatının qalibi arasında koloborasiya, master-klass və dequstasiya; “Karlson” tamaşası ilə Kukla Teatrı; interaktiv guşə “Pepinin Evi”; isveçli müəlliflərin kitablarının sərgisi və satışı; İsveç kafeləri və koqnitiv qurğular;

19:00-19:30 – müğənni Sofiya Karlsonun konserti;

19:30-20:45 – “Riltons Vaner” ansamblının konserti.