Gürcüstanda "Gürcü Həkimlərinin Beynəlxalq Asosiyasiyası" təsis edildi
Gürcüstanda "Gürcü Həkimlərinin Beynəlxalq Asosiyasiyası" təsis edildi

Gürcüstanda “Gürcü Həkimlərinin Beynəlxalq Asosiyasiyası” yaradıldı.

Asosiasiyaya Gürcüstanda və xaricdə fəaliyyət göstərən gürcü həkimləri qoşuldular.

Həkimlərin dediyinə görə, onlar üçün bu mərhələdə əsas çağırış, pandemiyaya qarşı birgə güclərlə mübarizə aparmaqdır.

“Asosiasiya sadəcə pandemiya deyil, bütün aktual məsələlər üzərində işləyəcək və uzun müddətli planları var. Əgər dövlət instituları da bizimlə əməkdaşlıq etsələr və bizim verdiyimiz tövsiyyələrin legitimasiyası baş tutsa, tibb sistemi daha müvəffəqiyyətli olacaq. Bu əməkdaşlıqla hər şeyə nail ola bilərik” – dedi asosiyasiyanın təsisçisi Sopio Beridze.