Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili ölkədə gələn ildən pensiyaların artırılacağını bildirib. Bu barədə baş nazir hökumətin bugünkü iclasında danışıb.
“2024-cü ildən səhiyyə və sosial müdafiə proqramlarının büdcəsi 870 milyon lari artırılacaq. Bu pensiya artımını da əhatə edir, yaşı 70 və 70-dən yuxarı olan şəxslərin pensiyası 50 lari artırılaraq 415 lari olacaq. Yüksək dağlıq yaşayış məntəqələrində eyni kateqoriyadan olan pensionerlərin pensiyası təxminən 500 lari olacaq. Müqayisə üçün demək istərdim ki, 2012-ci ildə pensiya 110 lari və 125 lari idi. İndi 415 lari, yüksək dağlıq yaşayış məntəqələrində isə 500 lariyə qədər.
Bu, iqtidarımızın gördüyü işin real nəticəsidir. Yaşı 70-dək olan şəxslərin pensiyası 20 lari artırılaraq 315 lari, yüksək dağlıq ərazilərdə isə 380 lari olacaq” – deyə İrakli Ğaribaşvili açıqlayıb.