Avropa İnvestisiya Bankı Gürcüstanda elektro-avtobusların istehsalını maliyyələşdirəcək
Avropa İnvestisiya Bankı Gürcüstanda elektro-avtobusların istehsalını planlaşdırır.
Bu barədə məlumatı jurnalistlərə təşkilatın vitse-prezidenti Vazil Hudak verdi.
Avropa İnvestisiya Bankında ehtimal edirlər ki, Gürcüstanda istehsal edilən avtobuslar qonşu ölkələrə, Azərbaycana, Ermənistana və İrana ixrac ediləcəklər.
İctimai nəqliyyatın dəstəklənməsi baxımından, bu maliyyə institutu cəmi olaraq, Gürcüstana təqribən 100 milyon avro ayırmağı planlayır.
“Məbləğin böyük hissəsi metronun modernizasiyasına xərclənəcək” – dedi Vazil Hudak.
İnvestisiya Bankının prezidenti deyir ki, ictimai nəqliyyatın təkmilləşdirilməsi planı haqqında baş nazirlə və İqtisadiyyat və Maliyyə nazirləri ilə söhbət edib.
Tbilisidə həyata keçirilməsi planlaşdırılan layihələr arasında, Avropa İnvestisiya Bankı Könhə Tbilisinin reabilitasiya və enerqoeffektiv tədbirlərini adlandırdı.