Gürcüstanda daha iki zəlzələ qeydə alınıb.
Yeraltı təkanlar bu dəfə Tbilisi vaxtı ilə saat 09:18 və 09:47-də qeydə alınıb.
Seysmoloji Monitorinq Milli Mərkəzi bu halda da episentrin Sameba kəndi yaxınlığında olduğunu bildirir.
Zəlzələlərin gücü 3,1 və 3,3 bal olub.
Bundan əvvəl 4,8 bal gücündə zəlzələ saat 07:36-da, 4,5 bal gücündə isə saat 09:10-da qeydə alınıb. Hər iki halda zəlzələnin episentri Sameba kəndi yaxınlığında olub.