Gürcüstanda benzin üç tetri ilə ucuzlaşdı
Gürcüstanda benzin üç tetri ilə ucuzlaşdı

Gürcüstanda son bir həftədə, benzin üç tetri ilə ucuzlaşdı. Məlumat şirkətlərin rəsmi vebsəhifələrində yerləşdirilib.

“Rompetrol” şəbəkəsində avro reqular 2.35 idi və 2.32 oldu; “Lukoil” avro requları 2.28-dən 2.25-ə qədər azaltdı; “Socarda” avro requların qiyməti 2.29-dan 2.26-a qədər ucuzlaşdı; “Vissoildə” avro requların qiyməti 2.35-dən 2.32-ə qədər azaldı.

Qiymətlərin azalmasl premium və super tipli benzinlərdə də qeydə alındı. Dizelin qiyməti dəyişməyib.

Yanacaq doldurma məntəqələrində qiymətlər fevralda da azaldı.