Gürcüstanda Avropa İttifaqının müşahidəçi missiyasının mandatı yenə iki il müddəti ilə uzadıldı
Gürcüstanda Avropa İttifaqının müşahidəçi missiyasının mandatı 2020-ci ilin dekabr ayına qədər uzadıldı.
Bu barədə məlumatı EUMM-un rəhbəri “Moambe” ilə eksklüziv müsahibə zamanı verdi.
Erik Hoqun dediyinə görə, onu nəzərə alaraq ki, EUMM regionda yeganə müşahidəçi missiyadır, Avropa İttifaqı bu mandatın dayanmamasını təmin etməlidir.
Onun dediyinə görə, missiya yenə iki il ərzində Gürcüstanın işğal altında olan ərazilərində işləyəcək.
Avropa İttifaqının müşahidəçi missiyası Gürcüstanda 2008-ci ilin Rusiya-Gürcüstan müharibəsindən iki ay sonra işləməyə başladı.
Missiyanın məqsədi müharibə hərəkətlərinin yenilənməsinin qarşısını almaq, tərəflər arasındaki etibarı artırmaq və region haqqında Avropa siyasətini müəyyənləşdirən strukturkara məlumat verməkdir.