Gürcüstanda avqustun 11-i günün sonundan 13-ü səhərədək yağış yağacağı gözlənilir
Avqustun 11-i günün sonundan avqustun 13-ü səhərədək yüksək temperatur fonunda Qərbi Gürcüstanın əksər hissələrində və Şərqi Gürcüstanın bəzi rayonlarında yağış yağacağı gözlənilir. Bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
“Gözlənilən leysan yağışlar Gürcüstan çaylarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda daşqınlara, ölkənin dağlıq ərazilərində sürüşmələrin başlamasına və aktivləşməsinə səbəb ola bilər”, – Milli Ətraf Mühit Agentliyinin məlumatında deyilir.