Milli Ətraf Mühit Agentliyi aprelin 9-11-də Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı məlumat yayır.
Sinoptiklərin proqnozuna görə, aprelin 9-10-da Qərbi Gürcüstanda hava əsasən yağmursuz keçəcək, aprelin 11-də isə bəzi yerlərdə yağış yağacaq. Aprelin 9-11-də Şərqi Gürcüstanda bəzi yerlərdə hava şəraitinin yağmurlu keçəcəyi gözlənilir. Aprelin 9-da Tbilisidə hava şəraiti yaxşılaşacaq, aprelin 10-11-də az miqdarda yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz saatlarında +19, +21 dərəcə qeydə alınacaq.
Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz saatlarında +18, +20 dərəcə qeydə alınacaq.
Qərbi Gürcüstanın aran rayonlarında (Kutaisi, Zestaponi, Zuqdidi, Martvili, Ozurqeti): aprelin 9-10-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir, aprelin 11-də isə bəzi yerlərdə yağış yağacaq. Havanın temperaturu gündüz saatlarında +22, +24 dərəcə qeydə alınacaq.
Qərbi Gürcüstanın dağlıq bölgələrində (Ambrolauri, Oni, Tsaqeri, Şovi, Çiatura, Saçxere, Xulo): aprelin 9-10-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir, aprelin 11-də isə bəzi yerlərdə yağış yağacaq. Havanın temperaturu gündüz saatlarında +22, +24 dərəcə qeydə alınacaq.
Qərbi Gürcüstanın yüksək dağlıq bölgələrində (Mestia, Baxmaro): aprelin 9-10-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir, aprelin 11-də isə bəzi yerlərdə yağış yağacaq. Havanın temperaturu gündüz saatlarında +17, +20 dərəcə qeydə alınacaq.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): bəzi yerlərdə yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz saatlarında +19, +21 dərəcə olacaq.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaxi, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistsğaro): vaxtaşırı yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz saatlarında +18, +20 dərəcə olacaq.
Şərqi Gürcüstanın dağlıq bölgələrində (Axaltsixe, Borcomi, Duşeti, Tianeti, Pasanauri, Dedoplistsğaro): vaxtaşırı yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz saatlarında +19, +21 dərəcə olacaq. Şərqi Gürcüstanın yüksək dağlıq bölgələrində (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): vaxtaşırı yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz saatlarında +10, +15 dərəcə olacaq.