Gürcüstanda 943 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, 2789 xəstə sağalıb
Gürcüstanda 943 yeni koronavirusa yoluxma faktı aşkarlanıb. Bu barədə məlumat hökumətin stopcov.ge xüsusi saytında yenilənib.
Ölkədə son 24 saat ərzində 2789 nəfər sağalıb. Son sutka ərzində 37 xəstə koronavirusdan dünyasını dəyişib.
Son 24 saat ərzində ölkədə 15 032 test, o cümlədən 7 413 sürətli antigen testi, 7 619 PCR testi aparılıb.
Ölkədə koronavirusa yoluxma göstəriciləri: 6,27%, son 14 gündə – 5,5%, son 7 gündə – 5,77%.
Gürcüstanda ümumilikdə 938 583 koronavirusa yoluxma halı müəyyən edilib ki, onlardan 902 948 nəfər sağalıb, 13 942 nəfər dünyasını dəyişib.
Hazırda karantin rejimində 46 nəfər, xəstəxanada 4446 nəfər, kliniki mehmanxanada 833 nəfər müşahidə altındadır.