Gürcüstanda 6 024 yeni koronavirusa yoluxma halı aşkarlanıb. Bu barədə məlumat hökumətin stopcov.ge xüsusi saytında yenilənib.
Son 24 saat ərzində ölkədə 3 818 nəfər sağalıb. Son sutka ərzində 49 xəstə koronavirusdan dünyasını dəyişib.
Son 24 saat ərzində ölkədə 58 291 test, o cümlədən 36 465 sürətli antigen testi, 21 826 PCR testi aparılıb.
Ölkədə koronavirusa yoluxma göstəriciləri belədir: gündəlik – 10,33%, son 14 gündə – 9,13%, son yeddi gündə – 9,46%.
Gürcüstanda ümumilikdə 732 965 koronavirusa yoluxma halı aşkarlanıb, onlardan 673 640 nəfər sağalıb, 10 185 nəfər vəfat edib.
Ümumilikdə 1 986 729 peyvənd aparılıb, gündəlik 3 868 peyvənd edilib.
33 nəfər karantin rejiminrə, 6546 nəfər xəstəxanada, 1091 nəfər kliniki mehmanxanada müşahidə altındadır.
Eyni zamanda, noyabrın 2-nə Gürcüstanda 5553 yeni koronavirusa yoluxma faktı aşkar edilib, 4223 xəstə sağalıb, 47 nəfər vəfat edib.