Gürcüstanda 5 553 yeni koronavirusa yoluxma halı aşkarlanıb. Bu barədə məlumatı Xəstəliklərə Nəzarət Milli Mərkəzi yayıb.
Son 24 saat ərzində ölkədə 4223 nəfər sağalıb. Son sutkada 47 nəfər koronavirusdan dünyasını dəyişib.
stopcov.ge-nin məlumatına görə, son 24 saat ərzində ölkədə 48 901 test, o cümlədən 36 630 sürətli antigen testi və 12 271 PCR testi aparılıb.
Ölkədə koronavirus aşkarlanma göstəriciləri belədir: gündəlik – 11,36%, son 14 gündə – 9,02%, son yeddi gündə – 9,06%.
Gürcüstanda ümumilikdə 726 941 koronavirusa yoluxma halı müəyyən edilib, onlardan 669 822 nəfər sağalıb, 10 136 nəfər vəfat edib.
Ümumilikdə 1,982,593 peyvənd aparılıb, onlardan 3,369-u gündəlik peyvənd olunub.
Hazırda karantin rejimində 33 nəfər, xəstəxanada 6 493 nəfər, kliniki mehmanxanada 1 103 nəfər müşahidə altındadır.
Eyni zamanda, noyabrın 1-nə Gürcüstanda 2141 yeni koronavirusa yoluxma faktı aşkar edilib, 5081 xəstə sağalıb, 44 nəfər dünyasını dəyişib.