Gürcüstanda 5 204 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, 4785 xəstə sağalıb
Gürcüstanda 5 204 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, 4785 xəstə sağalıb

Gürcüstanda 5204 yeni koronavirusa yoluxma halı aşkarlanıb. Məlumat hökumətin stopcov.ge xüsusi saytında dərc edilib.

Son 24 saat ərzində ölkədə 4 785 nəfər sağalıb. Son sutka ərzində 83 nəfər koronavirusdan dünyasını dəyişib.

Son 24 saat ərzində ölkədə 52 834 test, o cümlədən 37 227 sürətli antigen testi, 15 607 PCR testi aparılıb.

Ölkədə gündəlik olaraq koronavirusa yoluxma nisbəti 9,85 faiz, son 14 gündə 9,85 faiz, 7 gün ərzində isə 9,25 faiz təşkil edir.

Gürcüstanda ümumilikdə 791 115 koronavirusa yoluxma halı müəyyən edilib, onlardan 727 184 nəfər sağalıb, 11 140 nəfər vəfat edib.

Ümumilikdə 2 057 216 peyvənd aparılıb, gündəlik 8 224 nəfər peyvənd edilib.

70 nəfər karantində, 6718 nəfər xəstəxanada, 1156 nəfər kliniki mehmanxanada müşahidə altındadır.