Gürcüstanda 5 085 yeni koronavirusa yoluxma halı aşkarlanıb
Gürcüstanda 5 085 yeni koronavirusa yoluxma halı aşkarlanıb

Gürcüstanda 5085 yeni koronavirusa yoluxma halı aşkarlanıb. Bu barədə məlumatı Xəstəliklərə Nəzarət Milli Mərkəzi yayıb.

Ölkədə son 24 saat ərzində 4428 nəfər sağalıb. Son sutka ərzində 62 xəstə koronavirusdan dünyasını dəyişib.

stopcov.ge saytının məlumatına görə, son 24 saat ərzində ölkədə 51 440 test, o cümlədən 36 162 sürətli antigen testi və 15 278 PCR testi aparılıb.

Ölkədə koronavirus aşkarlanma göstəriciləri belədir: gündəlik – 9,89%, son 14 gündə – 9,11%, son yeddi gündə – 8,97%.

Gürcüstanda ümumilikdə 819 182 koronavirusa yoluxma halı müəyyən edilib ki, onlardan 759 657 nəfər sağalıb, 11 615 nəfər vəfat edib.

Ümumilikdə 2 107 467 peyvənd aparılıb, gündəlik 9 594 peyvənd edilib.

58 nəfər karantin rejimində, 6588 nəfər xəstəxanada, 1103 nəfər kliniki mehmanxanada müşahidə altındadır.

Eyni zamanda, noyabrın 22-nə Gürcüstanda 1851 yeni koronavirusa yoluxma faktı aşkar edilib, 5530 xəstə sağalıb, 55 nəfər vəfat edib.