Gürcüstanda 4762 yeni koronavirusa yoluxma halı aşkarlanıb, 3953 nəfər sağalıb
Gürcüstanda 4762 yeni koronavirusa yoluxma halı aşkarlanıb. Bu barədə məlumatı Xəstəliklərə Nəzarət Milli Mərkəzi yayıb.
Ölkədə son 24 saat ərzində 3953 nəfər sağalıb. Son sutka ərzində 43 nəfər koronavirusdan dünyasını dəyişib.
Eyni zamanda, oktyabrın 25-nə Gürcüstanda 1942 yeni koronavirusa yoluxma faktı aşkar edilib, 4650 xəstə sağalıb, 46 nəfər vəfat edib.
stopcov.ge saytının məlumatına görə, son 24 saat ərzində ölkədə 48 090 test, o cümlədən 35 647 sürətli antigen testi və 12 443 PCR testi aparılıb.
Ölkədə koronavirusa yoluxma göstəriciləri belədir: gündəlik – 9,9%, son 14 gündə – 9,05%, son yeddi gündə – 8,97%.
Gürcüstanda ümumilikdə 698 944 koronavirusa yoluxma halı müəyyən edilib, onlardan 639 564 nəfər sağalıb, 9 831 nəfər isə dünyasını dəyişib.
Gündəlik 4927 peyvənd olmaqla ümumilikdə 1 955 943 peyvənd aparılıb.
51 nəfər karantində, 6186 nəfər xəstəxanada, 975 nəfər kliniki mehmanxanada müşahidə altındadır.