Gürcüstanda 4563 yeni koronavirusa yoluxma halı aşkarlanıb
Gürcüstanda 4563 yeni koronavirusa yoluxma halı aşkarlanıb

Gürcüstanda 4563 yeni koronavirusa yoluxma halı aşkarlanıb. Məlumatı Xəstəliklərə Nəzarət Milli Mərkəzi yayıb.

Ölkədə son 24 saat ərzində 4744 nəfər sağalıb. Son sutka ərzində 77 xəstə koronavirusdan dünyasını dəyişib.

Ölkədə koronavirus aşkarlanma göstəriciləri belədir: son 14 gündə 9,98%, son yeddi gündə 10,19%.

Gürcüstanda ümumilikdə 771 381 koronavirusa yoluxma halı müəyyən edilib, onlardan 705 312 nəfər sağalıb, 10 739 nəfər isə dünyasını dəyişib.

Eyni zamanda, noyabrın 10-na Gürcüstanda 5751 yeni koronavirusa yoluxma faktı aşkar edilib, 3647 xəstə sağalıb, 78 nəfər vəfat edib.