Gürcüstanda 4104 yeni koronavirusa yoluxma halı müəyyən edilib
Gürcüstanda 4104 yeni koronavirusa yoluxma halı müəyyən edilib

Gürcüstanda 4104 yeni koronavirusa yoluxma halı müəyyən edilib. Bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzi məlumat yayıb.

Son 24 saat ərzində ölkədə 4627 nəfər sağalıb. Son sutka ərzində 67 nəfər koronavirusdan dünyasını dəyişib.

Son 24 saat ərzində ölkədə 37 115 test, o cümlədən 22 126 sürətli antigen testi, 14 989 PCR testi aparılıb.

Ölkədə koronavirusa yoluxma göstəriciləri belədir: gündəlik göstərici 11,06%, son 14 gündə 9,58% və 7 gün ərzində 10,45% təşkil edir.

Gürcüstanda ümumilikdə 752 855 koronavirusa yoluxma halı müəyyən edilib, onlardan 688 781 nəfər sağalıb, 10 435 nəfər vəfat edib.

Ümumi peyvənd olunanlar – 2 003 963, gündəlik peyvənd olunanlar – 3 453.

48 nəfər karantin rejimində, 1314 nəfər kliniki mehmanxanadadır.

Eyni zamanda, noyabrın 6-na Gürcüstanda 5240 yeni koronavirusa yoluxma faktı aşkar edilib, 2235 xəstə sağalıb, 68 nəfər vəfat edib.