Gürcüstanda 4 732 yeni koronavirusa yoluxma halı aşkarlanıb, 4 812 nəfər sağalıb
Gürcüstanda 4 732 yeni koronavirusa yoluxma halı aşkarlanıb, 4 812 nəfər sağalıb

Gürcüstanda 4732 yeni koronavirusa yoluxma halı aşkarlanıb. Məlumat hökumətin stopcov.ge xüsusi saytında dərc edilib.

Ölkədə son 24 saat ərzində 4 812 nəfər sağalıb. Son sutka ərzində 72 xəstə koronavirusdan dünyasını dəyişib.

Son 24 saat ərzində ölkədə 50 707 test, o cümlədən 31 426 sürətli antigen testi və 19 281 PCR testi aparılıb.

Ölkədə gündəlik koronavirus aşkarlanma nisbəti 9,33%, son 14 gündə 9,77%, son 7 gündə 9,11% təşkil edir.

Gürcüstanda ümumilikdə 795 847 koronavirusa yoluxma halı müəyyən edilib, onlardan 731 996 nəfər sağalıb, 11 212 nəfər vəfat edib.

Ümumilikdə 2 066 159 peyvənd vurulub, onlardan hər gün 8 233 peyvənd edilib.

54 nəfər karantin rejimində, 6614 nəfər xəstəxanada, 1175 nəfər kliniki mehmanxanada müşahidə altındadır.

Eyni zamanda, noyabrın 16-na Gürcüstanda 5204 yeni koronavirusa yoluxma faktı aşkar edilib, 4 785 xəstə sağalıb, 83 nəfər vəfat edib.