Gürcüstanda 4565 yeni koronavirusa yoluxma halı aşkarlanıb. Bu barədə məlumatı Xəstəliklərə Nəzarət Milli Mərkəzi yayıb.
Son 24 saat ərzində ölkədə 2285 nəfər sağalıb. Son sutka ərzində 78 xəstə koronavirusdan dünyasını dəyişib.
Eyni zamanda, noyabrın 12-nə Gürcüstanda 4445 yeni koronavirusa yoluxma faktı aşkar edilib, 3508 xəstə sağalıb, 77 nəfər dünyasını dəyişib.