Gürcüstanda 4 446 yeni koronavirusa yoluxma halı aşkarlanıb. Məlumat hökumətin stopcov.ge xüsusi saytında dərc edilib.
Son 24 saat ərzində ölkədə 5320 nəfər sağalıb. Son sutka ərzində 77 xəstə koronavirusdan dünyasını dəyişib.
Son 24 saat ərzində ölkədə 50 026 test, o cümlədən 31 072 sürətli antigen testi, 18 954 PCR testi aparılıb.
Ölkədə gündəlik koronavirus aşkarlanma səviyyəsi 8,89%, son 14 gündə 9,63%, son 7 gündə 9,05% təşkil edir.
Gürcüstanda ümumilikdə 800 293 koronavirusa yoluxma halı müəyyən edilib, onlardan 737 316 nəfər sağalıb, 11 289 nəfər isə dünyasını dəyişib.
Ümumilikdə 2 074 270 peyvənd aparılıb, gündəlik 7 307 peyvənd edilib.
Hazırda karantin rejimində 52 nəfər, xəstəxanada 6505 nəfər, kliniki mehmanxanada 1170 nəfər nəzarət altındadır.
Eyni zamanda, noyabrın 17-nə Gürcüstanda 4732 yeni koronavirusa yoluxma faktı aşkar edilib, 4812 xəstə sağalıb, 72 nəfər vəfat edib.