Gürcüstanda 4 337 yeni koronavirusa yoluxma halı aşkarlanıb, 3 137 nəfər sağalıb
Gürcüstanda 4 337 yeni koronavirusa yoluxma halı aşkarlanıb, 3 137 nəfər sağalıb

Gürcüstanda 4337 yeni koronavirusa yoluxma halı aşkarlanıb. Bu barədə məlumat hökumətin stopcov.ge xüsusi saytında yenilənib.

Son 24 saat ərzində ölkədə 3137 nəfər sağalıb. Son sutka ərzində 42 xəstə koronavirusdan dünyasını dəyişib.

Son 24 saat ərzində ölkədə 53 434 test, o cümlədən 31 582 sürətli antigen testi, 21 852 PCR testi aparılıb.

Ölkədə koronavirusa yoluxma göstəriciləri belədir: gündəlik – 8,12%, son 14 gündə – 8,91%, son yeddi gündə – 8,8%.

Gürcüstanda ümumilikdə 703 281 koronavirusa yoluxma halı müəyyən edilib, onlardan 642 701 nəfər sağalıb, 9 873 nəfər vəfat edib.

Gündəlik 4878 peyvənd olmaqla ümumilikdə 1 961 165 peyvənd aparılıb.

51 nəfər karantin rejimində, 6 228 nəfər xəstəxanada, 996 nəfər kliniki mehmanxanada müşahidə altındadır.