Gürcüstanda 4 278 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, 63 nəfər   dünyasını dəyişib
Gürcüstanda 4 278 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, 63 nəfər dünyasını dəyişib

Gürcüstanda 4278 yeni koronavirusa yoluxma faktı aşkarlanıb. Məlumat hökumətin stopcov.ge xüsusi saytında dərc edilib.

Ölkədə son 24 saat ərzində 4154 nəfər sağalıb. Son sutka ərzində 63 nəfər koronavirusdan dünyasını dəyişib.

Son 24 saat ərzində ölkədə 51 298 test, o cümlədən 31 273 sürətli antigen testi, 20 025 PCR testi aparılıb.

Ölkədə gündəlik koronavirus aşkarlanma səviyyəsi 8,34%, son 14 gündə 9,52%, son 7 gündə 8,99% təşkil edir.

Gürcüstanda ümumilikdə 804 571 koronavirusa yoluxma halı müəyyən edilib, onlardan 741 470 nəfər sağalıb, 11 352 nəfər vəfat edib.

Ümumilikdə 2 082 020 peyvənd aparılıb, gündəlik 7 099 peyvənd edilib.

41 nəfər karantində, 6490 nəfər xəstəxanada, 1173 nəfər kliniki mehmanxanada müşahidə altındadır.

Eyni zamanda, noyabrın 18-nə Gürcüstanda 4446 yeni koronavirusa yoluxma faktı aşkar edilib, 5320 xəstə sağalıb, 77 nəfər vəfat edib.