Gürcüstanda 4 009 yeni koronavirusa yoluxma halı aşkarlanıb, 5 177 nəfər sağalıb
Gürcüstanda 4 009 yeni koronavirusa yoluxma halı aşkarlanıb, 5 177 nəfər sağalıb

Gürcüstanda 4009 yeni koronavirusa yoluxma halı aşkarlanıb. Bu barədə məlumat hökumətin stopcov.ge xüsusi saytında yenilənib.

Ölkədə son 24 saat ərzində 5177 nəfər sağalıb. Son sutkada 45 nəfər koronavirusdan dünyasını dəyişib.

Son 24 saat ərzində ölkədə 46 107 test, o cümlədən 27 157 sürətli antigen testi, 18 950 PCR testi aparılıb.

Ölkədə koronavirusa yoluxma göstəriciləri belədir: gündəlik – 8,69%, son 14 gündə – 8,97%, son 7 gündə – 8,89%.

Gürcüstanda ümumilikdə 707 290 koronavirusa yoluxma halı aşkar edilib ki, onlardan 647 878 ​​nəfər sağalıb, 9 918 nəfər vəfat edib.

Ümumilikdə 1 965 714 peyvənd vurulub, gündəlik 3 951 peyvənd edilib.

51 nəfər karantin rejimində, 6 271 nəfər xəstəxanada, 996 nəfər kliniki mehmanxanada müşahidə altındadır.

Eyni zamanda, oktyabrın 27-nə Gürcüstanda 4337 yeni koronavirusa yoluxma faktı aşkar edilib, 3137 xəstə sağalıb, 42 nəfər vəfat edib.