Gürcüstanda 3590 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, 1595 xəstə sağalıb
Gürcüstanda 3590 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, 1595 xəstə sağalıb

Gürcüstanda 3590 yeni koronavirusa yoluxma halı aşkarlanıb. Bu barədə məlumat bu yaxınlarda hökumətin stopcov.ge xüsusi saytında yenilənib.

Ölkədə son 24 saat ərzində 1955 nəfər sağalıb. Son sutka ərzində 67 xəstə koronavirusdan dünyasını dəyişib.

Son 24 saat ərzində ölkədə 39 315 test, o cümlədən 26 302 sürətli antigen testi və 13 013 PCR testi aparılıb.

Ölkədə koronavirusa yoluxma göstəriciləri belədir: gündəlik – 9,13%, son 14 gündə – 5,67%, son yeddi gündə – 6,26%.

Gürcüstanda ümumilikdə 942 173 koronavirusa yoluxma halı müəyyən edilib, onlardan 904 903 nəfər sağalıb, 14 009 nəfər dünyasını dəyişib.

Gündəlik 4520 peyvənd olmaqla ümumilikdə 2 520 230 peyvənd aparılıb.

48 nəfər karantin rejimində, 4394 nəfər xəstəxanada, 892 nəfər kliniki mehmanxanada müşahidə altındadır.

Eyni zamanda, yanvarın 3-nə Gürcüstanda 943 yeni koronavirusa yoluxma faktı aşkar edilib, 2789 xəstə sağalıb, 37 nəfər vəfat edib.