Gürcüstanda 3436 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, 1805 xəstə sağalıb
Gürcüstanda 3436 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, 1805 xəstə sağalıb

Gürcüstanda 3436 yeni koronavirusa yoluxma halı aşkarlanıb. Bu barədə məlumat bu yaxınlarda hökumətin stopcov.ge xüsusi saytında yenilənib.

Ölkədə son 24 saat ərzində 1805 nəfər sağalıb. Son sutkada 32 xəstə koronavirusdan dünyasını dəyişib.

Son 24 saat ərzində ölkədə 40 377 test, o cümlədən 23 696 sürətli antigen testi, 16 681 PCR testi aparılıb.

Ölkədə koronavirus aşkarlanma göstəriciləri belədir: gündəlik – 8,51%, son 14 gündə – 5,87%, son yeddi gündə – 6,84%.

Gürcüstanda ümumilikdə 945 609 koronavirusa yoluxma halı müəyyən edilib, onlardan 906 708 nəfər sağalıb, 14 041 nəfər dünyasını dəyişib.

Ümumilikdə 2 milyon 528 min 30 peyvənd edilib, onlardan gübndəlik 7191 peyvənd edilib.

48 nəfər karantin rejimində, 4353 nəfər xəstəxanada, 921 nəfər kliniki mehmanxanada müşahidə altındadır.

Eyni zamanda, yanvarın 4-nə Gürcüstanda 3590 yeni koronavirusa yoluxma faktı aşkar edilib, 1595 xəstə sağalıb, 67 nəfər vəfat edib.