Gürcüstanda 3965 yeni koronavirusa yoluxma halı aşkarlanıb. Bu barədə məlumat hökumətin stopcov.ge xüsusi saytında yenilənib.
Son 24 saat ərzində ölkədə 4627 nəfər sağalıb. Son sutka ərzində 43 nəfər koronavirusdan dünyasını dəyişib.
Son 24 saat ərzində ölkədə 48 513 test, o cümlədən 30 303 sürətli antigen testi, 18 210 PCR testi aparılıb.
Ölkədə koronavirusa yoluxma göstəriciləri belədir: gündəlik – 8,17%, son 14 gündə – 8,94%, son 7 gündə – 8,87%.
Gürcüstanda ümumilikdə 711 255 koronavirusa yoluxma halı müəyyən edilib, onlardan 652 505 nəfər sağalıb, 9 961 nəfər isə dünyasını dəyişib.
Gündəlik 4023 peyvənd olmaqla ümumilikdə 1 970 109 peyvənd aparılıb.
44 nəfər karantin rejimində, 6330 nəfər xəstəxanada, 1059 nəfər kliniki mehmanxanada müşahidə altındadır.