Gürcüstanda 3700 yeni koronavirusa yoluxma halı aşkarlanıb. Məlumat hökumətin stopcov.ge xüsusi saytında dərc edilib.
Ölkədə son 24 saat ərzində 5277 nəfər sağalıb. Son sutka ərzində 81 xəstə koronavirusdan dünyasını dəyişib.
stopcov.ge-nin məlumatına görə, son 24 saat ərzində ölkədə 38 817 test, o cümlədən 19 158 sürətli antigen testi, 19 659 PCR testi aparılıb.
Ölkədə sutkada koronavirusa yoluxma nisbəti 9,53 faiz, son 14 gündə 10,02 faiz, 7 gün ərzində isə 9,60 faiz təşkil edir.
Gürcüstanda ümumilikdə 784 091 koronavirusa yoluxma halı müəyyən edilib, onlardan 716 382 nəfər sağalıb, 10 975 nəfər vəfat edib.
Ümumilikdə 2 046 362 peyvənd aparılıb, gündəlik 4 946 peyvənd edilib.
51 nəfər karantin rejimində, 6838 nəfər xəstəxanada, 1216 nəfər klinik mehmanxanada müşahidə olunur.
Eyni zamanda, noyabrın 13-nə Gürcüstanda 4565 yeni koronavirusa yoluxma faktı aşkar edilib, 2285 xəstə sağalıb, 78 nəfər vəfat edib.