Gürcüstanda 3 201 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, 4 098 xəstə sağalıb
Gürcüstanda 3 201 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, 4 098 xəstə sağalıb

Gürcüstanda 3201 yeni koronavirusa yoluxma halı aşkarlanıb. Bu barədə məlumatı Xəstəliklərə Nəzarət Milli Mərkəzi yayıb.

Son 24 saat ərzində ölkədə 4 098 nəfər sağalıb. Son sutka ərzində 64 nəfər koronavirusdan dünyasını dəyişib.

Eyni zamanda, noyabrın 23-nə Gürcüstanda 5085 yeni koronavirusa yoluxma faktı aşkar edilib, 4428 xəstə sağalıb, 62 nəfər vəfat edib.