Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili və Gürcüstan hökumətinin qərarı ilə, 27 noyabr, Gürcüstan ərazisində matəm günü elan edildi.
“Gürcüstan hökuməti, ölkənin əhalisi ilə birlikdə, Acarada, “Leogrand”-da baş verən faciəyə görə matəm edir. Matəm günü, həlak olanları yad etmək üçün, Gürcüstanın bütün ərazisində, bayraqlar endiriləcəkdir”,- Gürcüstan hökuməti administrasiyasının məlumatında deyilir.