Gürcüstanda 2676 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, 2966 xəstə sağalıb
Gürcüstanda 2676 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, 2966 xəstə sağalıb

Gürcüstanda 2676 yeni koronavirusa yoluxma halı aşkarlanıb. Bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzi məlumat yayıb.

Ölkədə son 24 saat ərzində 2966 nəfər sağalıb. Son sutka ərzində 63 nəfər koronavirusdan dünyasını dəyişib.

Eyni zamanda, dekabrın 27-nə Gürcüstanda 986 yeni koronavirusa yoluxma faktı aşkar edilib, 3193 xəstə sağalıb, 71 nəfər vəfat edib.