Gürcüstanda 2191 yeni koronavirusa yoluxma halı aşkarlanıb, 4 348 nəfər sağalıb
Gürcüstanda 2191 yeni koronavirusa yoluxma halı aşkarlanıb, 4 348 nəfər sağalıb

Gürcüstanda 2191 yeni koronavirusa yoluxma halı aşkarlanıb. Bu barədə məlumat hökumətin xüsusi stopcov.ge saytında dərc olunub.

Son 24 saat ərzində ölkədə 4 348 nəfər sağalıb. Son sutka ərzində 74 nəfər koronavirusdan dünyasını dəyişib.

Son 24 saat ərzində ölkədə 21 477 test, o cümlədən 13 204 sürətli antigen testi, 8 273 PCR testi aparılıb.

Ölkədə koronavirusa yoluxma göstəriciləri belədir: gündəlik – 10,2%, son 14 gündə – 9,64%, son yeddi gündə – 10,41%.

Gürcüstanda ümumilikdə 755 046 koronavirusa yoluxma halı müəyyən edilib, onlardan 693 129 nəfər sağalıb, 10 509 nəfər isə dünyasını dəyişib.

Ümumilikdə 2 005 229 peyvənd edilib, gündəlik 1 204 peyvənd edilib.

Hazırda karantin rejimində 46 nəfər, xəstəxanada 6916 nəfər, kliniki mehmanxanada 1302 nəfər müşahidə altındadır.

Eyni zamanda, noyabrın 7-nə Gürcüstanda 4104 yeni koronavirusa yoluxma faktı aşkar edilib, 4627 xəstə sağalıb, 67 nəfər vəfat edib.